Ekspert: AQEM siyasi, iqtisadi və müxtəlif tərkibli ölkələri birləşdirən unikal regional təşkilatdır

Xarici siyasət
  • 10 sentyabr, 2025
  • 10:47
Ekspert: AQEM siyasi, iqtisadi və müxtəlif tərkibli ölkələri birləşdirən unikal regional təşkilatdır

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumu regional müxtəlifliyi fürsətlərə çevirməlidir.

"Report"un məlumatına görə, bunu Banqladeş Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Məhəmməd Aşik Rəhman Bakıda keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında bildirib.

Onun sözlərinə görə, AQEM geniş siyasi, iqtisadi, sosial və eyni zamanda müxtəlif tərkibli ölkələri birləşdirən unikal regional təşkilatdır: "Bir çoxları bunu çağırış hesab edir, lakin mən düşünürəm ki, AQEM-in vəzifəsi bu çağırışı fürsətə çevirməkdir".

M.Rəhman vurğulayıb ki, Asiyada davam edən münaqişələrlə yanaşı, yeni qeyri-ənənəvi təhlükəsizlik təhdidləri də qalmaqdadır: "Bu baxımdan, onun fikrincə, AQEM öz vəzifələrini yerinə yetirmək və regional təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə vermək qabiliyyətinə malik, yaxşı strukturlaşdırılmış və resurslarla təmin olunmuş təşkilata çevrilməyə çalışmalıdır".