Ekspert: ABŞ TRİPP layihəsi ilə Cənubi Qafqazda öz yerini tutacaq
- 18 noyabr, 2025
- 10:53
ABŞ TRİPP layihəsi ilə Cənubi Qafqaz regionunda öz yerini tutacaq.
"Report" xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Farhad Məmmədov Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri" sessiyasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın Yaxın Şərqdə oynayacağı yeni rol ABŞ-nin maraqları ilə üst-üstə düşür:
"Azərbaycan Ermənistanla münaqişə zamanı balanslı siyasəti təbliğ edirdi. Hazırda yeni regional reallıqlar yaranmaqdadır və geosiyasi rəqabət fonunda ABŞ Azərbaycan üçün önəmli strateji tərəfdaşdır".
F.Məmmədov əlavə edib ki, mövcud reallıqda ABŞ-dəki Ermənistan lobbi qruplarının faliyyəti Cənubi Qafqazda sülhün təmin edilməsinə maneə yarada bilər:
"Bu, sülh prosesinə birbaşa zərər vurduğu kimi, ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətinə də ziyan verir".