Desmond Funvi: Kolonializm nəsildən-nəslə ötürülən dərin izlər buraxıb

Xarici siyasət
  • 31 oktyabr, 2025
  • 13:26
Desmond Funvi: Kolonializm nəsildən-nəslə ötürülən dərin izlər buraxıb

Kolonializm Afrikanın bir çox ölkələrinin nümayəndələrində nəsildən-nəslə ötürülən dərin izlər buraxıb.

"Report"un məlumatına görə, bunu Kesmonds Beynəlxalq Universitetinin prezidenti, professor, həkim, psixoterapevt, klinik psixoloq və təhsil sahəsində ekspert (Kamerun) Atanqa Desmond Funvi Bakıda keçirilən "Belçika kolonializmi: tanınma və məsuliyyət" adlı beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Ekspertin sözlərinə görə, kolonializmin nəticələri Afrika qitəsində, o cümlədən Konqoda hələ də hiss edilir, burada əcdadların aldığı travmalar genetik və psixoloji səviyyədə nəsillərə ötürülür.

"Valideynlərimizin işgəncə, zorakılıq, stress və alçalma nəticəsində əldə etdikləri təcrübə onların yaddaşına həkk olunub və növbəti nəsillərə genetik xüsusiyyət kimi ötürülüb. Bu əlamətlər davranışımızı və düşüncəmizi bu gün də formalaşdırır", - ekspert qeyd edib.

Onun sözlərinə görə, cəmiyyətdə kök salmış dini və mədəni fərqlər müstəmləkə dövrünün qurbanlarının nəsilləri arasında psixoloji travmaları və natamamlıq hissini gücləndirib.

Funvi qeyd edib ki, müstəmləkə irsinin aradan qaldırılması yollarından biri öz tarixini yenidən dərk etmək, təhsili inkişaf etdirmək və mədəni yaddaşı qorumaqdır.

"Biz tariximiz haqqında yazmalı, sənədli filmlər çəkməli, bilikləri gələcək nəsillərə ötürməliyik. Biz yalnız bu yolla kim olduğumuzu anlaya və öz kimliyimizi bərpa edə bilərik", - psixoloq əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti