Çin təmsilçisi: Beynəlxalq aktorlar qlobal idarəetmədəki boşluqları doldurmalıdır
- 10 sentyabr, 2025
- 10:16

Beynəlxalq aktorlar qlobal idarəetmədəki boşluqları doldurmalıdır.
"Report" xəbər verir ki, bunu Çinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Vanq Zhen AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclasının ikinci günündə "Geosiyasi dəyişikliklər fonunda AQEM-in institusionallaşması: dinamikalar və perspektivlər" mövzusunda çıxış edərkən deyib.
"İkinci Dünya Müharibəsindən sonra çoxlu müharibə və dəyişikliklər baş verib. Qərb ölkələri sürətlə inkişaf edir. Belə inkişaf isə qlobal strukturlarda öz sözünü deyəcək. Buna görə də beynəlxalq aktorlar qlobal idarəetmədəki boşluqları doldurmalıdırlar",- o əlavə edib.
Natiq vurğulayıb ki, transformasiya AQEM daxilində də yeni ehtiyaclar yaradır:
"Beynəlxalq təşkilatların sayı çoxdur. Onların formalaşma səbəbləri müxtəlifdir. AQEM isə konsensus əsasında formalaşıb. Bu isə olduqca ümdə məsələdir, çünki yekdil bir qərarın olduğunu göstərir. Hərəkətverici qüvvə isə çağırışlardır. Biz çətinlikləri mütləq birlikdə həll etməliyik. AQEM-in boşluq doldurmaq üçün nəhəng potensialı var. Boşluq doldurma yollarından biri institusional səmərəliliyi artırmaqdır".