Ceyhun Bayramov Oman Sultanının xüsusi nümayəndəsi ilə görüşüb
- 29 oktyabr, 2025
- 12:16
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində beynəlxalq əlaqələr və əməkdaşlıq məsələləri üzrə baş nazirin müavini, həmçinin Oman Sultanının xüsusi nümayəndəsi Seyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı tərəflər yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsində, eləcə də Azərbaycan və Oman arasında siyasi və iqtisadi dialoqun genişləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
Azərbaycan tərəfi regionda sülhün, əlaqəliliyin və davamlı inkişafın təşviqi məqsədilə çoxtərəfli platformalar çərçivəsində Omanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
During the official visit to Oman Minister of Foreign Affairs of #Azerbaijan @Bayramov_Jeyhun met with Sayyid Asaad bin Tariq Al Said, Deputy Prime Minister for International Relations and Cooperation Affairs & Special Representative of the Sultan of Oman.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 29, 2025
At the meeting, the… pic.twitter.com/GTEeq73Zaj