Azərbaycan və Gürcüstanın XİN başçıları Səmərqənddə regional məsələləri müzakirə ediblər
- 31 oktyabr, 2025
- 11:17
 
                            
                            
                        Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Görüş zamanı nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar aspektlərini müzakirə edib, həmçinin əsas regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək vurğulayıblar ki, dövlət rəhbərləri səviyyəsində aparılan fəal siyasi dialoq bu tərəfdaşlığın möhkəm əsasını təşkil edir.
Görüşdə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.
On the sidelines of @UNESCO General Conference, Foreign Minister of #Azerbaijan Jeyhun Bayramov met with Minister of Foreign Affairs of #Georgia @MakaB__.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 31, 2025
The Ministers discussed the political, security, economic, and humanitarian dimensions of the strategic partnership between… pic.twitter.com/q8fSB9jmF6