Çenq Kimlonq: Asiyada etimad olmasa, sülh və təhlükəsizlik sahəsində ciddi problemlər yaşana bilər

Xarici siyasət
  • 09 sentyabr, 2025
  • 12:07
Çenq Kimlonq: Asiyada etimad olmasa, sülh və təhlükəsizlik sahəsində ciddi problemlər yaşana bilər

Asiyada etimad olmasa, sülh və təhlükəsizlik sahəsində ciddi problemlər yaşana bilər.

"Report" xəbər verir ki, bunu Asiya Vizyonu İnstitutunun prezidenti Çenq Kimlonq (Chheng Kimlong) AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün diqqət Asiyaya yönəldilməlidir:

"Region COVID-19-un yaratdığı ağır təzyiqlərlə üzləşib və pandemiyanın təsirləri hələ də tam aradan qalxmayıb. Bəzi ölkələrdə onun fəsadları hələ də qalır. Eyni zamanda, regionda müharibələr və vətəndaş qarşıdurmaları davam edir".

Ç.Kimlonq həmçinin deyib ki, regionun liberallaşdırılması fonunda çox işlər görülməlidir:

"Qonşuluq diplomatiyasını gücləndirməliyik və fərqliliklərimizi gələcək üçün geosiyasət naminə kənara qoymalıyıq".