Boxari: Azərbaycan coğrafi mövqeyi sayəsində regional sabitliyin təmin edilməsində mühüm rol oynayır
- 18 noyabr, 2025
- 12:00
Coğrafi mövqeyi Azərbaycanı regional təhlükəsizliyin əsas oyunçusuna çevirir.
Bu barədə "Report"a açıqlamasında New Lines İnstitutunun Avrasiya təhlükəsizlik və rifah məsələləri üzrə baş direktoru Kamran Boxari Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci forumu çərçivəsində bildirib.
"Azərbaycanın coğrafi mövqeyi regionun sabitliyi və təhlükəsizliyinin təmin edilməsində ölkənin mühüm rolunu müəyyən edir. Azərbaycan daha geniş Yaxın Şərq regionunda sabitliyin təmin edilməsi üzrə səylərin əlaqələndirilməsi üçün ABŞ, Türkiyə və İsrail kimi müttəfiqlərlə fəal şəkildə əməkdaşlıq etməlidir", - ekspert qeyd edib.
K.Boxari həmçinin hesab edir ki, Azərbaycan şərqə doğru, xüsusilə Türkiyə və Pakistanla əməkdaşlığını genişləndirir, bu da regional əməkdaşlıq üçün yeni fürsətlər açır.
Eyni zamanda ekspert vurğulayıb ki, bu məsələlərin uğurla həyata keçirilməsi üçün həm də Avropa dövlətləri və ABŞ ilə daha sıx əməkdaşlıq tələb olunacaq.