BMTM "Yaxın Şərqdə erməni diasporu" adlı kitab dərc edib

Xarici siyasət
  • 20 oktyabr, 2025
  • 17:18
BMTM Yaxın Şərqdə erməni diasporu adlı kitab dərc edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) "Yaxın Şərqdə erməni diasporu: tarixi, dini, siyasi, mədəni, media, təhsil və sosial fəaliyyətlər" adlı kitab nəşr edib.

Bu barədə "Report"a BMTM-dən məlumat verilib.

Bildirilib ki, Mərkəzin aparıcı məsləhətçisi Lalə Xəlilzadənin müəllifi olduğu kitabda Yaxın Şərqdə erməni icmasının ən geniş yayıldığı beş ölkə – Livan, Fələstin, Suriya, Misir və İordaniya üzrə erməni diasporunun tarixi konteksti, əsas siyasi, ictimai və mədəni fəaliyyət istiqamətləri, təsir dairələri, potensial imkanları təhlil edilib, eləcə də müasir siyasi və sosial istiqamətdə perspektivləri və çağırışları araşdırılıb.

Məlumata görə, araşdırmanın mühüm istiqamətlərindən birini də erməni diasporunun media fəaliyyətləri təşkil edir.

Belə ki, adıçəkilən ölkələrdə yaşayan erməni icmasının nümayəndələrinin nəşr etdikləri kitab, jurnal və qəzetlər, xüsusilə Qarabağ müharibəsi dövründə ərəbdilli auditoriyaya yönəlmiş təbliğat kampaniyaları və qondarma erməni soyqırımı ilə bağlı yaydıqları məlumatlar əhatəli şəkildə təhlil edilib. Bu məqsədlə araşdırmada ərəbdilli mənbələrlə yanaşı, türk, ingilis, rus, erməni, alman və fransız dillərindəki mənbələrə də müraciət edilib.

Müəllif yekunda əlavə edib ki, Yaxın Şərqdə erməni icmasının fəaliyyəti bəzən Azərbaycanla həmin ölkələr arasında ikitərəfli münasibətlərə müəyyən mənfi təsir göstərsə də, bu, məhdud xarakter daşıyıb və Azərbaycanın əksər ərəb ölkələri ilə əlaqələri dinamik şəkildə inkişaf etməyə davam edib.

Son xəbərlər

Bütün Xəbər Lenti