Britaniyalı sabiq nazir itkin düşmüş şəxslərin taleləri ilə bağlı vahid təsisatın olmasını təklif edib

Xarici siyasət
  • 09 oktyabr, 2025
  • 11:32
Britaniyalı sabiq nazir itkin düşmüş şəxslərin taleləri ilə bağlı vahid təsisatın olmasını təklif edib
Rəhman Çişti

Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda tarixi nailiyyət əldə ediblər.

"Report" xəbər verir ki, bunu Birləşmiş Krallıq Parlamentinin sabiq deputatı və Birləşmiş Krallığın Xarici İşlər Ofisində sabiq nazir Rəhman Çişti Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu nailiyyət münaqişə zamanı itkin düşmüş azərbaycanlıların taleyini müəyyənləşdirmək yönündə mühüm irəliləyişdir. Bu, həm də xalqların yaxınlaşması baxımından önəmlidir.

"Mən Pakistanda doğulmuşam, 2005-ci il Kəşmir zəlzələsində 26 qohumumu, əmilərimi itirdim. O zaman dünya ölkələrindən insanlar köməyə qaçdılar. Türkiyə çətin vəziyyətdə qalan insanlara, mənim ailə üzvlərimə çox böyük köməklik göstərdi. Mən bu konfransdakı Türkiyə təmsilçilərinə həmin köməyə görə bir daha minnətdarlığımı bildirirəm. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevə itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq platformalarda göstərdiyi səylərə görə təşəkkür edirəm. 2023-2024-cü illərdə də Azərbaycan itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirib. Bu, Azərbaycanın məsələyə diqqətinin bariz nümunəsidir", -deyə Rəhman Çişti əlavə edib.

Çıxışçı Avropa İttifaqında da itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsi ilə bağlı vahid təsisatın olmasını təklif edib:

"Digər bir təklifim sanksiyalarla bağlıdır. İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq komissiya var. Bu komissiya ədalətin bərqərar olunmasında kömək edir, hüquqi statusu var. Amma qərarlar konvensiyalarla bitməməlidir. Düşünürəm ki, əgər insanların hüquqlarını pozan şəxslər və ya qurumlar varsa, onlara qarşı sanksiyalar tətbiq olunmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti