Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib
Xarici siyasət
- 17 noyabr, 2025
- 16:57
Azərbaycan vətəndaşı Xəlilov Əkbər Tariyel oğlu Rusiyadan Azərbaycana ekstradisiya edilib.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Əkbər Xəlilov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Son xəbərlər
19:08
Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Energetika18:59
Foto
Ceyhun Bayramov: Azərbaycan Mərkəzi Asiyadakı tərəfdaşları ilə əməkdaşlığa sadiqdir
Xarici siyasət18:52
Bakı ilə Amsterdam arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
Xarici siyasət18:46
Paşinyan Qazaxıstana gedəcək
Region18:45
Avstraliya COP31-i Türkiyə ilə birgə keçirməkdən imtina edib
COP2918:39
Makron Ukraynanı dəstəkləyən koalisiya qüvvələrinin yerləşdirilməsinə başlanıldığını bəyan edib
Digər ölkələr18:32
Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisinin məhkəməsi başlayıb
Hadisə18:31
Çin Müdafiə Nazirliyi: ABŞ-nin Tayvana silah tədarükü münasibətlərimizi sarsıdır
Digər ölkələr18:27