Banqladeşli ekspert: AQEM ölkələri tarif müharibələrinə boyun əyməməli, əməkdaşlığı gücləndirməlidirlər
- 09 sentyabr, 2025
- 11:46

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv ölkələr tarif müharibələrinə boyun əymək əvəzinə, dəhlizləri və ədalətli ticarət mexanizmlərini təşviq etməklə regional iqtisadi əməkdaşlığı gücləndirə bilərlər.
"Report" xəbər verir ki, bunu Banqladeşin Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun baş direktoru general-mayor İftekhar Anis AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, keçən il Şanxayda keçirilən forumda təşkilata üzv dövlətlər arasında ticarət əlaqələrinin genişləndirilməsi, həm makroiqtisadi, həm də mikroiqtisadi səviyyədə ticarətin təşviq edilməsi ilə bağlı yekdilliklə razılıq əldə olunub.
A.İftekhar həmçinin bildirib ki, AQEM üzvləri rəqabət meydanlarına çevrilmək əvəzinə, mübahisəli sahələri ortaq infrastruktur, xalqlar arasında mübadilə və birgə innovasiya mərkəzləri vasitəsilə əməkdaşlıq üçün fürsətə çevirə bilərlər.