Bakı və Londonun strateji tərəfdaşlığı qlobal təhlükəsizliyə töhfə verir

Xarici siyasət
  • 25 sentyabr, 2025
  • 14:31
Bakı və Londonun strateji tərəfdaşlığı qlobal təhlükəsizliyə töhfə verir

Londonun Bakı ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istəyi göstərir ki, Azərbaycan-Britaniya əməkdaşlığı sadəcə keçmişin mirası deyil, gələcəyə yönəlmiş tərəfdaşlıqdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva ADA Universitetində keçirilən Azərbaycan və Böyük Britaniya arasında birinci siyasi dialoqda deyib.

"Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru olaraq qalır. Müstəqillik illərində Britaniya investisiyalarının ümumi məbləği 30 milyard ABŞ dollarını ötüb. Bu ardıcıl əməkdaşlıq möhkəm iqtisadi təməl yaradıb və ikitərəfli münasibətləri gücləndirilib. Lakin Azərbaycan-Britaniya strateji tərəfdaşlığı yalnız enerji sahəsi ilə məhdudlaşmır. Bu əməkdaşlıq ətraf mühitin qorunması, təhsil və insan kapitalının inkişafını əhatə edir. Ölkələrimiz birlikdə iqlim dəyişikliyi, təhlükəsizlik və davamlı inkişaf kimi qlobal problemlərin həllinə də töhfə verir", - o bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanın Böyük Britaniya ilə strateji tərəfdaşlığı qarşılıqlı etimad və ümumi baxış əsasında nələrə nail olmağın mümkünlüyünün əyani nümunəsidir:

"Ən əsası, ölkələrimiz səyləri birləşdirərək təkcə Cənubi Qafqazın təhlükəsizliyinə deyil, ümumilikdə dünyada sabitliyə və rifaha da töhfə verə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti