Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - VİDEO
Xarici siyasət
- 20 dekabr, 2025
- 17:20
Azərbaycan neft məhsulunu Ermənistana çatdıran ilk qatarın videogörüntüləri yayılıb.
"Report" xatırladır ki, dekabrın 19-da gecə saat 01:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb.
Daha sonra yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.
Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.
Xatırladaq ki, bu ilin noyabr ayında Qazaxıstan və Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana daşınıb.
Son xəbərlər
04:17
"Axios": Tramp və Netanyahu ABŞ-ın İrana təzyiqini artırmaq barədə razılığa gəliblər
Digər ölkələr03:44
ABŞ-nin NATO-dakı səfiri: Amerika hərbçiləri Avropanı tərk etməyəcək
Digər ölkələr03:13
Danimarkanın Baş naziri: Qrenlandiya satılmır və pulla ölçülmür
Digər ölkələr02:37
Foto
Video
Belqradda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
Digər ölkələr02:09
İsveçrə XİN ABŞ və İran arasında Cenevrə danışıqlarını təsdiqləyib
Digər ölkələr01:37
Pistorius: ABŞ dünyada təkbaşına möhkəmlənə bilməyəcək
Digər ölkələr01:21
ABŞ miqrantların deportasiyasına 38 milyard dollardan çox pul ayırmağı planlaşdırır
Digər ölkələr00:47
Azərbaycan ilə Almaniya arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub - YENİLƏNİB
Xarici siyasət00:27
Foto