Azərbaycan və Türkiyənin NATO çərçivəsində əməkdaşlığı müzakirə edilib
- 12 dekabr, 2025
- 19:28
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürklə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Sülh Naminə Tərəfdaşlıq, NATO çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.
Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürk Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və onun davamlı irsinə dərin hörmətlə yanaşdığını bildirib.
The Head of the Mission received the Permanent Representative of @TC_NATODT🇹🇷, H.E. Ambassador Basat Öztürk, at @AzMissionNATO🇦🇿.
— Azerbaijan at NATO 🇦🇿 (@AzMissionNATO) December 12, 2025
During the meeting a discussion was held on #Azerbaijan-@NATO #partnership within the Partnership for Peace (PfP) framework, mutual cooperation… pic.twitter.com/c1u81cRj9K