Azərbaycan və Latviya birbaşa uçuşların müzakirəsini planlaşdırır
Xarici siyasət
- 22 aprel, 2026
- 17:40
Azərbaycan və Latviya birbaşa uçuşların nəzərdən keçirilməsi ilə bağlı razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.
"Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər", - deyə dövlət başçısı qeyd edib.
Son xəbərlər
15:57
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Daxili siyasət15:56
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
Daxili siyasət15:56
Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri təxminən 3 dəfə artıb
Energetika15:54
"Kəpəz"dən ayrılan Ehtiram Şahverdiyev "Səbail"ə keçib
Futbol15:49
Azərbaycan boksçuları Avropa çempionatına Almaniyada hazırlaşacaq
Fərdi15:46
Azərbaycanda ilk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub
Elm və təhsil15:45
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Ekologiya15:42
Ronald Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər
Futbol15:35