Ceyhun Bayramov çinli həmkarı ilə beynəlxalq prosesləri müzakirə edib - YENİLƏNİB

Xarici siyasət
  • 28 yanvar, 2026
  • 15:42
Ceyhun Bayramov çinli həmkarı ilə beynəlxalq prosesləri müzakirə edib  - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi arasında geniştərkibli görüş olub.

"Report" xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, nazirlər Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirərək, yüksək səviyyəli siyasi dialoqun və xarici işlər nazirlikləri arasında müntəzəm təmasların əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, investisiya imkanları, bağlantı və nəqliyyat dəhlizləri, enerji sahəsində əməkdaşlıq, həmçinin innovasiya və rəqəmsal inkişaf istiqamətlərində tərəfdaşlıq məsələləri əhatə olunub.

Tərəflər eyni zamanda regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın vacibliyini qeyd ediblər.

Hər iki nazir bu səfərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi ilə görüşüb.

"Report" xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.

"Ceyhun Bayramovun səfəri Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının güclü dinamikasını, eləcə də siyasi dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsinə dair ortaq iradəni əks etdirir", - paylaşımda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti