Azərbaycan və Albaniya siyasi məsləhətləşmələrin ilk raundunu keçirib
- 23 sentyabr, 2025
- 15:54

Azərbaycan və Albaniya xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk siyasi məsləhətləşmələr raundunu keçirib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın bu ölkədəki səfiri Anar Hüseynov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Azərbaycan və Albaniya xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk siyasi məsləhətləşmələr raundunu keçirib. Müzakirələr olduqca məhsuldar keçib və ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə aid geniş məsələləri əhatə edib", - diplomat yazıb.
Today, Azerbaijan and Albania held first round of political consultations at the level of Deputy Foreign Ministers. The discussions were highly productive, covering a wide range of issues related to various areas of bilateral cooperation. pic.twitter.com/X3CI8Ami1D
— Anar Huseynov (@AnarHus99825503) September 23, 2025