Azərbaycan Tokioda təbii fəlakət risklərinin azaldılması üzrə konfransda iştirak edir

Xarici siyasət
  • 17 dekabr, 2025
  • 09:43
Azərbaycan Tokioda təbii fəlakət risklərinin azaldılması üzrə konfransda iştirak edir

Azərbaycan Yaponiyanın paytaxtı Tokioda Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransında (ACDR2025) iştirak edir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin "X" səhifəsində paylaşım edilib.

"Tokioda 2025-ci il dekabrın 17-də rəsmi olaraq Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransı işə başlayıb. Azərbaycan nümayəndə heyətinə Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov rəhbərlik edir", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Tokioda 17-19 dekabr tarixlərində ACDR2025 konfransı keçiriləcək. Konfransın mövzusu "Dayanıqlığın birgə yaradılması: meqa-fəlakətlərə hazır dayanıqlı cəmiyyətə doğru"dur.

Son xəbərlər

Bütün Xəbər Lenti