Azərbaycan parlamentinin sədri Çexiyaya səfər edəcək

Xarici siyasət
  • 27 noyabr, 2014
  • 09:24
Azərbaycan parlamentinin sədri Çexiyaya səfər edəcək

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov dekabr ayının 4-6 da Çexiyaya rəsmi səfər edəcək. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib. 

Səfər çərçivəsində Azərbaycan və Çexiya arasında parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.