Argentinada Azərbaycanın Zəfər Günü qeyd olunub
- 08 noyabr, 2025
- 12:21
Argentinanın paytaxtı Buenos-Ayresdə Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə "Report" Argentina KİV-inə istinadən xəbər verir.
Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov bu əlamətdar tarixin ölkəsi üçün əhəmiyyətini qeyd edib.
"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əhəmiyyətli iqtisadi artıma nail olub. Ölkə yoxsulluq səviyyəsini 5 %-ə qədər azaldıb və müasir infrastruktur, idarəetmə sahəsində islahatlar, korrupsiyaya qarşı mübarizə və "yaşıl enerji" modelinə keçid kimi istiqamətləri əhatə edən inkişaf gündəliyini irəlilədib. Ölkə beynəlxalq daşımalar üçün strateji dəhliz və mühüm qlobal tədbirlərin, o cümlədən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) və dünyaca məşhur idman yarışları – o cümlədən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin keçirildiyi məkan kimi mövqelərini möhkəmləndirib", - o vurğulayıb.