AQEM və QHGT gənclərin potensialının üzə çıxarılması üçün platformalar yaradır

Xarici siyasət
  • 10 sentyabr, 2025
  • 15:29
AQEM və QHGT gənclərin potensialının üzə çıxarılması üçün platformalar yaradır

AQEM və QHGT gənclərin potensialının üzə çıxarılması üçün platformalar yaradır.

"Report" xəbər verir ki, bunu Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 13-cü Beyin Mərkəzləri Forumu çərçivəsində keçirilən tədbirdə Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) Tədqiqat Mərkəzinin meneceri Kamilla Məmmədova bildirib.

"Biz tədricən inklüziv sistemlərə keçidin şahidi oluruq, bu sistemlər gənclərin hələ də kifayət qədər istifadə olunmayan potensialını üzə çıxaran dəyərlərə əsaslanır", - K.Məmmədova qeyd edib.

O vurğulayıb ki, bu yol artıq AQEM-in təşəbbüsləri Gənclər Şurasının işi vasitəsilə praktiki olaraq həyata keçirilir: "Eyni məsələ Qoşulmama Hərəkatına da aiddir: bu gün təmsil etdiyim gənclər təşkilatı üzv ölkələrin gənclərinə ideyalar, baxışlar və davamlı inkişafın təmin edilməsində müasir çağırışlara yanaşmalara dair mübadilə aparmaq deməkdir.  Həmçinin birgə fəaliyyət vasitəsilə onların aradan qaldırılmasına dair yolları müzakirə etməyə şərait yaradacaq".