Nazir: Türk dünyasının gücləndirilməsi Azərbaycanın prioritetlərindəndir
- 05 dekabr, 2025
- 11:39
Türk dünyasının gücləndirilməsi Azərbaycanın prioritetlərindən biridir.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.
Onun sözlərinə görə, TDT artıq dünya miqyasında xüsusi rola malikdir, üzv ölkələr arasında siyasi, iqtisadi, sosial, habelə türk irsi və mədəni əlaqələr daha da dərinləşir:
"Bugünkü iclasımız da ölkələrimizdə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən tarixi hadisədir. Bu əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi Azərbaycanın prioritetlərindən biridir. Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da birlik amallarına sadiq qalacaq".