Azərbaycan İsveçlə minatəmizləmə fəaliyyəti ilə bağlı mümkün əməkdaşlıq imkanlarını müzakirə edib
Xarici siyasət
- 23 avqust, 2023
- 11:17
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ilə görüş keçirib.
Bu barədə "Report"a ANAMA-dan bildirilib
Qeyd edilib ki, Samir Poladov işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz bərpa və yenidənqurma işləri, dayanıqlı məskunlaşma məqsədilə aparılan genişmiqyaslı minatəmizləmə əməliyyatlarının gedişatı barədə qarşı tərəfə məlumat verib.
Görüş əsnasında Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətində İsveç Krallığı ilə mümkün əməkdaşlıq imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Son xəbərlər
17:46
Ermənistanı Antalyada ADF2026-da Vahan Kostanyan təmsil edəcək
Region17:44
"AFB Bank"ın mənfəəti 2 dəfə azalıb
Maliyyə17:41
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 2 dəfədən çox artıb
İKT17:36
Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı 247 min nəfərə yaxındır
Sosial müdafiə17:34
Yanvar-fevral ayında Azərbaycanda 5 250 nikah, 3 376 boşanma qeydə alınıb
Daxili siyasət17:34
Bu ilin iki ayında Azərbaycanda 10 mindən çox ölüm qeydə alınıb
Daxili siyasət17:34
Bu ilin iki ayı ərzində ölkədə 522 əkiz, 21 üçəm doğulub
Sağlamlıq17:32
Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
Daxili siyasət17:30
Foto