Allahşükür Paşazadə BMT Baş katibini gələn il Azərbaycanda keçiriləcək beynəlxalq tədbirə dəvət edib
Xarici siyasət
- 13 oktyabr, 2025
- 14:26
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibi Antonio Quterreşi gələn il Azərbaycanda keçiriləcək beynəlxalq tədbirə dəvət edib.
"Report" xəbər verir ki, QMİ sədri islamdaxili dialoq və islamofobiya ilə mübarizəyə həsr olunmuş tədbirin gələn il baş tutacağını vurğulayıb.
A.Quterreş Azərbaycanı daha əvvəllər BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olduğu dövrdə bir neçə dəfə ziyarət etdiyini, bu ölkə barədə ən xoş təəssüratlarının olduğunu deyərək orada yenidən olmaqdan məmnunluq duyacağını söyləyib.
Qeyd edilib ki, tədbir Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə keçiriləcək.
Son xəbərlər
02:20
"Arsenal" "Sautqempton"a məğlub olaraq İngiltərə Kubokunu tərk edib
Futbol01:58
Hakan Fidan suriyalı həmkarı ilə regiondakı müharibəni müzakirə edib
Digər ölkələr01:42
La Liqa: "Barselona" "Atletiko"nu məğlub edib
Futbol01:13
Əraqçi: İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq hüquqa uyğundur
Region00:54
İshaq Dar iranlı həmkarı ilə son hadisələr ətrafında fikir mübadiləsi aparıb
Region00:27
Video
Qərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edilib?
Daxili siyasət00:12
Video
Pezeşkian Qızıl Aypara Cəmiyyətinə təşəkkür edib
Region23:56
İran ABŞ-nin bazalarına PUA-larla hücum edib
Region23:44