ADA Universitetindəki beynəlxalq konfransda Qarabağda görülən işlərdən danışılıb
- 03 dekabr, 2025
- 15:11
ADA Universitetində keçirilən "Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu" mövzusunda beynəlxalq konfransın ikinci günündə Qarabağda görülən işlərdən danışılıb.
"Report" xəbər verir ki, tədbirin sonuncu günündə Qarabağda həyata keçirilən bərpa və yenidənqurma prosesləri haqqında məlumat verilib.
Natiqlər işğaldan azad olunan ərazilərdə davamlı inkişaf və dayanıqlılıq istiqamətində görülən işlər, o cümlədən ağıllı kənd konseptləri barədə danışıblar.
Bununla yanaşı, ADA Universitetinin tədqiqat qrupu tərəfindən Ağdam, Füzuli, Şuşa və Zəngilanda keçmiş məcburi köçkünlərlə aparılan sorğunun nəticələri əsasında onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf istiqamətində tövsiyələr, innovativ yanaşmalar və gələcək perspektivlər təqdim olunub.
Xatırladaq ki, dekabrın 2-3-də Azərbaycanın ev sahibliyi etdiyi konfransda 21 ölkədən 50-dən çox professor, tədqiqatçı, ekspert və universitet nümayəndəsi iştirak edib.