ABŞ səfirindən Novruz tviti - VİDEO

Xarici siyasət
  • 20 mart, 2021
  • 07:41
ABŞ səfirindən Novruz tviti - VİDEO
Li Litzenberqer

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycanı Novruz bayramı münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin tvitter səhifəsində yer alıb:

“Bu gün Azərbaycan ən əziz bayramlarından birini - Novruz bayramını qeyd edir. Novruz insanların gələn baharı qarşılamaq üçün bir yerə toplandıqları bayramdır. Səfir Litzenberqer Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir və qarşıda daha parlaq günlər gözləyir”.