ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana 1 milyon dollar ayırıb
Xarici siyasət
- 02 iyul, 2021
- 08:09

ABŞ hökuməti COVID-19-la mübarizə üçün Azərbaycana daha 1 milyon dollar ayırıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının "PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.
Səfirin sözlərinə görə, bu vəsait Azərbaycana ÜST və “Qırmızı Xaç Cəmiyyəti” vasitəsilə təqdim ediləcək.
Ümumilikdə, koronavirus pandemiyasının iqtisadi fəsadlarının aradan qaldırılması məqsədilə ABŞ Azərbaycana 6,6 milyon dollar ayırıb.
“COVID-ə qalib gəlmək üçün biz birlikdə hərəkət etməliyik”, - ABŞ səfiri bildirib.
Çiçək Məmmədova
Son xəbərlər
15:52
Azərbaycan Fransaya neft ixracını 84 %-dən çox artırıb
Energetika15:49
"Air China" aviaşirkətinin təyyarəsi Şanxayda təcili eniş edib
Digər ölkələr15:45
Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Hadisə15:29
Milli güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Fərdi15:26
Səfir: Ukrayna üçün Azərbaycanın Qarabağ münaqişəsinin həllindəki təcrübəsi dəyərlidir
Xarici siyasət15:11
Kilian Mbappenin zədəsi sağalıb
Futbol15:10
Almaniya Qəzzaya atəşkəsin monitorinqi üçün hərbçi göndərəcək
Digər ölkələr15:04
Azərbaycanda günəş enerjisinin istehsalı 12 % artıb
Energetika14:44