Abbas Abbasov: Belçika müstəmləkəçiliyi ilə bağlı faktların tarixdən silinməsi mümkün deyil
- 31 oktyabr, 2025
- 09:41
 
                            
                            
                        Belçika müstəmləkəçiliyi ilə bağlı faktların tarixdən silinməsi mümkün deyil.
"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov oktyabrın 31-də Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Belçika müstəmləkəçiliyi, insan hüquqlarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ədalətsizliklər və Mərkəzi Afrika ölkələrində baş vermiş faciələr qlobal ictimaiyyət üçün yaxşı məlumdur:
"Heç kim bu faktları tarixdən silə bilməz. İnanıram ki, qarşılıqlı səylər və BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) dəstəyi ilə əməkdaşlıq və kompensasiyalarla bağlı bütün məsələləri aidiyyəti beynəlxalq təşkilatların gündəminə gətirəcəyik. Açığı, Belçikadakı müstəmləkəçilik siyasətinin tərəfdarlarını və ya müdafiəçilərini necə təsvir edəcəyimi bilmirəm. Əminəm ki, onlar təzminat və kompensasiyalarla bağlı bütün məsələləri beynəlxalq ictimaiyyətin diqqətindən kənarda saxlamaq istəyirlər. Amma bu məsələləri bütün müvafiq hökumətlərarası təşkilatların gündəminə daxil edə biləcəyimizə inanırıq".
