Pakistan Azərbaycanda "roadshow"ların keçirilməsini planlaşdırır

Turizm
  • 28 aprel, 2026
  • 11:40
Pakistan Azərbaycanda roadshowların keçirilməsini planlaşdırır

Pakistan turizm imkanlarını nüşayiş etdirmək üçün Azərbaycanda "roadshow"ların keçirilməsini planlaşdırır.

Bunu "Report"un Şuşaya ezam olunmuş müxbirinə açıqlamasında Pakistanın Baş nazirinin turizm üzrə müşaviri Sardar Yasser İlyas Xan bildirib.

"Biz turoperatorlarımızı regiona gətirərək Pakistanın turizm sektorunu tanıtmaq istəyirik. Bu təşəbbüs Azərbaycanın Dövlət Turizm Agentliyinin fəaliyyətinə bənzəyir. Pakistanda turizmin inkişafı ilə məşğul olan "Pakistan Tourism Development Corporation" fəaliyyət göstərir və ölkənin hər bir vilayətində analoji qurumlar mövcuddur. Dörd vilayətin nümayəndələrini bir araya gətirərək müxtəlif ölkələrdə təqdimatlar keçirməyi planlaşdırırıq. Məqsəd əməkdaşlığı genişləndirməkdir".

Qonaq əlavə edib ki, Pakistan Azərbaycan vətəndaşları üçün elektron viza sistemini tətbiq edir: "Biz istəyirik ki, Azərbaycan vətəndaşları Pakistana onlayn visa alaraq asanlıqla səfər etsinlər. Artıq çoxsaylı uçuşlar mövcuddur. Lahordan üç, İslamabaddan isə iki reys həyata keçirilir və bu uçuşlar daim dolu olur. Gözləyirik ki, bu rəqəmlər artacaq".