Naxçıvana turist axını 24 %-dən çox azalıb

Turizm
  • 17 oktyabr, 2025
  • 17:37
Naxçıvana turist axını 24 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

"Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % azdır.

Təkcə avqustda isə Naxçıvana 7 967 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da illik müqayisədə 26,5 % azdır.

Hesabat dövründə Naxçıvanda ən çox xarici turist – 27 355 nəfər – özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb. Bu, 1 il əvvələ nisbətən 14,05 % azdır.

Qohumların və dostların evində qalanların sayı 26 831 nəfər olub ki, bu da illik müqayisədə 30,6 % azdır.

8 ay ərzində kirayə götürülmüş evlərdə isə 2 971 turist məskunlaşıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 32,6 % azdır.

Ən az turist isə mehmanxana və mehmanxana tipli obyektlərdə qalıb – cəmi 1 191 nəfər. Bu, illik müqayisədə 34,6 % azdır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 182 ölkədən 1 milyon 720,5 min nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti