Başqırdıstandan Azərbaycana yaşamağa gələn insanların sayı açıqlanıb
Turizm
- 15 fevral, 2021
- 06:31
2020-ci ilin yanvar-noyabr ayları ərzində Rusiyanın Başqırdıstan Muxtar Respublikasından Azərbaycana 414 nəfər yaşamağa gəlib.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə muxtar respublikanın Statistika Komitəsinin məlumatında deyilir.
Bildirilir ki, ötən ilin 11 ayı ərzində ümumilikdə Başqırdıstan Muxtar Respublikasından 6 538 nəfər başqa xarici ölkələrə yaşamağa gediblər.
Belə ki, bu müddət ərzində ən çox sayda insan Özbəkistana köçüb. Bu rəqəm 1 371 nəfərə bərabərdir. Bu müddət ərzində 703 nəfər Qazaxıstana, 550 nəfər Ukraynaya, hətta 423 nəfər insan yaşamaq üçün Vyetnama köçüblər.
Həmçinin bu siyahıda Almaniya, Türkiyə, Gürcüstan, Qırğızıstan, İsrail və digər ölkələrin də adları var.
Son xəbərlər
11:05
İlham Əliyev: Azərbaycanla Qazaxıstan arasında siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır
Digər11:02
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Xarici siyasət11:01
Paşinyan tezliklə Qazaxıstana səfər edəcəyini təsdiqləyib
Region11:00
Azərbaycandakı bankların qiymətli kağızlara investisiyalarının məbləğinə görə renkinqi (01.10.2025)
Maliyyə10:55
Azərbaycanda növbəti torpaq hərracları elan edilib
Biznes10:47
Foto
ƏƏSMN: Son bir ayda 15 mənzil satılıb
Sosial müdafiə10:46
Anar Bağırov: Vəkillərin beynəlxalq arbitraj proseslərində təmsilçilik imkanlarına xüsusi əhəmiyyət veririk
Hadisə10:40
Bərdədə avtomobil arxa aşıb, sürücü ölüb
Hadisə10:40