Bakıda "China Visitors Summit Baku 2025" tədbiri keçiriləcək

Turizm
  • 19 sentyabr, 2025
  • 11:45
Bakıda China Visitors Summit Baku 2025 tədbiri keçiriləcək

Noyabrın 17-də Bakıda "China Visitors Summit Baku 2025" tədbiri keçiriləcək.

"Report" xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Məlumata görə, tədbir Çin bazarında destinasiya haqqında məlumatlılığı artırmaq, iki ölkənin maraqlı tərəfləri arasında tərəfdaşlığı gücləndirmək və Çindən gələn istirahət və işgüzar səyahətçilərin sayını artırmaq məqsədi daşıyır. İşlərin ehtimal olunan qiyməti 165 min manatdır. Bununla bağlı birbaşa satınalmanın qalibi Çinin "I2I Group Hong Kong Limited" şirkətidir.

Son xəbərlər

Bütün Xəbər Lenti