Azərbaycandan turist axını 2 %-dən çox azalıb
Turizm
- 23 yanvar, 2026
- 12:59
2025-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2024-cü illə müqayisədə 2,3 % azalaraq 2 milyon 109,9 min nəfər olub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,2 %-i Türkiyəyə, 14,5 %-i Rusiyaya, 10,7 %-i Gürcüstana, 9,7 %-i İrana, 23,9 %-i digər ölkələrə səfər edib, 63,5 %-ini kişilər, 36,5 %-ini qadınlar təşkil edib.
İl ərzində Gürcüstana gedənlərin sayı 20,4 %, İrana gedənlərin sayı 9,2 % artıb, Rusiyaya gedənlərin sayı 31,5 %, Türkiyəyə gedənlərin sayı isə 1,6 % azalıb.
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Son xəbərlər
12:01
Şavkat Mirziyoyev 20 milyard dollarlıq birgə investisiya planlarını açıqlayıb
Digər ölkələr12:01
Elektron sağlamlıq kartı sistemi psixiatriya yardımı sahəsinə tətbiq ediləcək
Milli Məclis12:00
İnzibati xəta törətmiş şəxsə psixatriya yardımı razılıqsız göstəriləcək
Milli Məclis11:58
Xəzər dənizində zəlzələ olub
Digər11:57
Sabah Yevlaxın 8 kəndində qaz olmayacaq
Energetika11:41
Mansur Muhtar: "İslam maliyyəsi inkişaf banklarının məhdud resurslarını tamamlayan alternativ ola bilər"
Maliyyə11:37
Xalid Xalafalla: İslam maliyyəsi energetika və infrastruktur layihələri üçün səmərəlidir
Xarici siyasət11:32
Azərbaycanlı futbolçu Cəlal Hüseynov "Petrolul" klubuna keçib
Futbol11:25