Azərbaycanda 8 turistik kənd seçilərək turizm infrastrukturu layihəsinə daxil edilib

Turizm
  • 03 oktyabr, 2025
  • 13:32
Azərbaycanda 8 turistik kənd seçilərək turizm infrastrukturu layihəsinə daxil edilib

Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Dövlət Turizm Agentliyi tərəfindən Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib.

"Report"un Astaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov Astaranın Sım kəndinə təşkil edilmiş mediatur zamanı bildirib.

Onun sözlərinə görə, layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünü yaxşılaşdırmaq, kəndi abadlaşdırmaq və bununla turizm və onun ətrafında məşğulluq imkanlarını genişləndirməkdir.

E. Cavadov əlavə edib ki, layihə çərçivəsində Sım kəndinin turizm potensialı qiymətləndirilib, kənd cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib, istiqamətverici lövhələr quraşdırılıb.

O bildirib ki, son iki ildə yay fəslində hər ay Astaranın Sım kəndinə 2 000-dən çox turist gəlir: "İnfrastrukturun inkişafı turist sayına təsir göstərib. 2017–2019-cu illərlə müqayisədə son iki ildə tendensiya göstərir ki, əvvəllər il ərzində kəndə minə yaxın turist gəlirdisə, indi onların sayı əhəmiyyətli dərəcədə artıb".

Son xəbərlər

Bütün Xəbər Lenti