Azərbaycana turist axını 2 %-ə yaxın azalıb

Turizm
  • 22 oktyabr, 2025
  • 12:08
Azərbaycana turist axını 2 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 183 ölkədən 1 milyon 948,2 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 24,8 %-i Rusiya, 17,1 %-i Türkiyə, 7,9 %-i İran, 6,8 %-i Hindistan, 4,5 %-i Səudiyyə Ərəbistanı, 4,2 %-i Gürcüstan, 4 %-i Qazaxıstan, 3,4 %-i Pakistan, 2,6 %-i Çin, hər birindən 2,3 % olmaqla Özbəkistan və İsrail, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Türkmənistan və Küveyt, 1,1 %-i Belarus və 13,6 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,3 %-ini kişilər, 33,7 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Qırğızıstandan - 35,7 %, Özbəkistandan - 31,6 %, Qazaxıstandan - 19,4 %, ABŞ-dan - 16,3 %, Kanadadan - 16,3 faiz, Niderlanddan - 16,3 %, Almaniyadan - 15,2 %, Pakistandan - 15,1 %, İtaliyadan - 15,1 %, Koreyadan - 10,3 % artıb.

Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,5 % artaraq 88,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,9 % azalaraq 321,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,2 % azalaraq 669,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,1 % artaraq 868,5 min nəfər təşkil edib.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,2 %-i hava, 22,5 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti