Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsait işçilərə ödənilib
Sosial müdafiə
- 07 fevral, 2026
- 11:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlər əməkhaqlarından ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 8 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Son xəbərlər
21:43
Video
Hindistanda attraksion qəzasında bir nəfər ölüb, 13 nəfər xəsarət alıb
Digər ölkələr21:31
Rusiyanın hava zərbələrindən sonra Ukraynada Burştın İES işini dayandırıb
Digər ölkələr21:19
"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü bir qızıl, bir bürünc medalla başa vurublar - YENİLƏNİB
Fərdi21:17
"Bloomberg": Rusiya əmək bazarındakı böhran səbəbindən Hindistan və Şri-Lankaya müraciət edib
Region21:01
Azərbaycana səfəri zamanı Vensi ABŞ Dövlət katibinin müavini müşayiət edəcək
Digər ölkələr20:58
Foto
Güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub
Fərdi20:53
Ermənistanda hərbi hissələrin birində hərbçinin meyiti tapılıb
Region20:29
Hindistanda mədəndə baş verən partlayışda ölənlərin sayı 27-yə yüksəlib
Digər ölkələr20:13