Nazir Kəmaləddin Heydərov Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək
Sosial müdafiə
- 25 noyabr, 2014
- 17:11
Baku. 25 November. REPORT.AZ/ Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 noyabrda Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.
"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəbulda Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Bununla yanaşı, qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 148) 27 noyabr 2014-cü il tarixində saat 09:00-dan başlayacaqdır.
Gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Son xəbərlər
11:28
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb
Mədəniyyət11:28
Azərbaycan sığortaçıları I yarımildə 20 mindən çox "Yaşıl Kart" satıb
Maliyyə11:24
Foto
"Bank of Baku"da Azərbaycan Dili Günü – seminar təşkil edildi
Maliyyə11:19
Gürcüstan Azərbaycana qoyun tədarükündən qazancını 3 dəfəyə yaxın artırıb
Biznes11:19
2026–2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrində illik təhsil haqları açıqlanıb
Elm və təhsil11:18
SEPAH Hörmüz boğazında 3 neft tankerinin hərəkətini dayandırıb
Digər ölkələr11:14
Foto
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Xarici siyasət11:13
Foto
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
Fərdi11:10