Məişət zorakılığından zərər çəkmiş 61 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib
- 01 oktyabr, 2025
- 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 61 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib.
Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar.
Həmin şəxslərə sosial reabilitasiya, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.
Qeyd olunan şöbədə müasir tələblərə uyğun şərait yaradılıb. Məişət zorakılığından zərər çəkmiş şəxslərə burada sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir.