Əli Əhmədov: Dünyada baş verən çətin və dərin rəqabətdə geri qalmamalıyıq

Sosial müdafiə
  • 28 noyabr, 2025
  • 11:08
Əli Əhmədov: Dünyada baş verən çətin və dərin rəqabətdə geri qalmamalıyıq

Dünyada baş verən çox çətin və dərin rəqabətdə geri qalmamalıyıq.

"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov "Gələcəyin Peşələr Sammiti"ndə deyib.

Onun sözlərinə görə, qlobal proseslər dünyada olduğu kimi, Azərbaycanda da əmək bazarına təsir edir:

"Ümumiyyətlə, təkamülün əsas göstəricisi əmək münasibətləridir. Gələcəkdə hazırda ölkələr arasında müşahidə edilən rəqabət nəticəsində yeni iqtisadi güc mərkəzlərinin yaranması reallıq olacaq. Bu, həm də Azərbaycan cəmiyyəti üçün bir mesajdır".

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda gələcəyə hazırlıq strategiyası bu proseslərə ayaqlaşmaq üçündür:

"Yeni texnologiyaların meydana gəlməsi dövrün inkişaf modelidir. Baş verən texnoloji yeniliklər, əslində, əməyi dəyişir. Bu da cəmiyyətdə təkamül yaradır. Əməyin məzmunu ciddi şəkildə dəyişir. Yeni texnologiyaların yaranması, yeni peşələr ictimai inkişafı göstərir. Dünyada baş verən çox çətin və dərin rəqabətdən geri qalmamalıyıq"

O əlavə edib ki, yeni dövr mütləq şəkildə yeni sosial rifah modelinin hazırlanmasını qarşıya qoyur:

"Burada əsas diqqət təhsilin üzərinə düşür. Ona görə də gənclərin təhsili gələcəyin peşələrinə uyğun şəkildə olmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti