DSMF ilə Serbiya arasında Anlaşma Memorandumu imzalanıb

Sosial müdafiə
  • 15 oktyabr, 2025
  • 11:42
DSMF ilə Serbiya arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Serbiya arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Report"a DSMF-dən məlumat verilib.

Bildirilib ki, fondun sədri Zəka Mirzəyev Azərbaycanda səfərdə olan Serbiyanın Pensiya və Əlillik Sığortası Fondunun (PƏSF) direktoru Relja Ognjenoviçin və Sosial Sığorta Qurumunun (SSQ) direktoru Zoran Panoviçin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Z.Mirzəyev Fondun fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlər, ölkədə son illər ərzində həyata keçirilən sosial islahat paketləri, pensiya sistemində tətbiq olunan yeniliklər və sosial xidmətlərin elektronlaşdırılması barədə məlumat verib.

Relja Ognjenoviç, Zoran Panoviç Serbiyada pensiya və sosial sığorta sisteminin strukturu, tətbiq olunan müasir texnoloji həllər, elektron xidmətlər və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə danışıblar.

Görüşdə sosial sığorta və pensiya təminatı sahəsində fikir mübadiləsi aparılıb, sosial xidmətlərin rəqəmsal transformasiyası, biznes proseslərinin rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi mövzularında təqdimatlar olub, qurumlar arasında əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti