Bu il ölkədə 4700-ə yaxın işçi əməyin mühafizəsi barədə məlumatlandırılıb

Sosial müdafiə
  • 26 sentyabr, 2025
  • 16:21
Bu il ölkədə 4700-ə yaxın işçi əməyin mühafizəsi barədə məlumatlandırılıb
Vüsal Məmmədov

Cari il ərzində 135 işəgötürən və 4700-ə yaxın işçi əməyin mühafizəsi barədə məlumatlandırılıb.

Bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov deyib:

Onun sözlərinə görə, bu ilin geridə qalan dövrü ərzində Əməyin Mühafizəsi Mərkəzi tərəfdaş qurumlarla birgə 46 tədbir keçirib:

"Bu tədbirlər ümumilikdə 135 işəgötürən, 4700-ə yaxın işçini əhatə edib. Tədbirlərdə iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib.

Eyni zamanda, dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb".

Son xəbərlər

Bütün Xəbər Lenti