Bu il daha 4 müavinətin təyinatı elektronlaşdırılacaq
Sosial müdafiə
- 11 avqust, 2020
- 10:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 4 müavinətin təyinatının elektronlaşdırılması təmin olunacaq.
Nazirlikdən “Report”a verilən məlumata görə, ümumən sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq və bu proses gələn il başa çatdırılacaq.
Bildirilib ki, ötən ildən başlayaraq 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat sistemləri yaradılıb. Nəticədə həmin pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir. Bu ilin 6 ayında 53 min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub.
Son xəbərlər
22:10
Tramp ABŞ şirkətlərinə görə Avropanı tariflərlə hədələyib
Digər ölkələr21:59
Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçilib
Xarici siyasət21:55
Venesuelada zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb
Digər ölkələr21:45
Hakan Fidan: Müdafiə sənayesi NATO üçün strateji əhəmiyyətli mövzuya çevrilib
Region21:21
Foto
Azərbaycan şahmatçıları İtaliyada iki qızıl medal qazanıblar
Fərdi21:03
Rütte: NATO-nun Ankara sammiti Haaqadakı görüşdən daha vacib ola bilər
Digər ölkələr20:57
Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər
Daxili siyasət20:48
Türkiyə XİN rəhbəri: İsrailin ABŞ və İran arasındakı danışıqları sabotaj etməsinə icazə verilməməlidir
Region20:45
Foto
Video