Azərbaycanda erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib

Sosial müdafiə
  • 02 dekabr, 2025
  • 17:01
Azərbaycanda erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib

Azərbaycanda erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, hazırda erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir:

"Azərbaycanda güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququna malik olan şəxslərin sayı və kateqoriyası sosialyönümlüdür. Belə ki, erkən pensiyaya çıxmaq hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara, ahıl və əlilliyi olan şəxslərə qulluq edənlərə şamil edilir. Təkcə 200-dən çox sahə üzrə 4 mindən çox vəzifə və peşə üzrə fəaliyyət göstərmiş şəxslərə yaşa görə beş il erkən pensiya təyin olunur.

Son dövrlər edilmiş dəyişikliklərə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şəxslərin siyahısına daha 65 peşə və vəzifə əlavə edilib. Bununla da erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib. Bu istiqamətdə də nazirlik tərəfindən mütəmadi olaraq təhlillər aparılır. Maliyyə təminatlı, maliyyə təminatı real, məntiqli olan təkliflərə baxırıq və onları qiymətləndiririk".

Son xəbərlər

Bütün Xəbər Lenti