Ötən il Azərbaycanda 189 mindən çox şəxs işlə təmin olunub
Sosial müdafiə
- 27 yanvar, 2026
- 11:23
2025-ci ildə Azərbaycanda 189 mindən çox şəxs işlə təmin olunub.
"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il 16 min 827 nəfər özünəməşğulluq proqramı ilə əhatə olunub:
"Bu proqram 2017-ci ildən bəri 113 mindən çox şəxsi əhatə edib. Ümumiyyətlə, Azərbaycanın özünəməşğulluqla bağlı layihəsi digər ölkələrə də nümunə olaraq göstərilməkdədədir".
H.Abbasovun sözlərinə görə, 2025-ci ildə 18 mindən çox şəxs peşə hazırlığına cəlb edilib:
"Onların 11 mindən çoxu qadınlardır. Bu kurslarda 175 prioritet peşə əsas götürülüb. O baxımdan, müvafiq sayda təkmilləşdirmələr aparılacaq, peşə sahələri artırılacaq".
Son xəbərlər
09:27
Masato Kanda: "ADB-nin böhranın ilk sutkası ərzində pul ayırmaq imkanı var"
Maliyyə09:20
Braziliyalı futbolçu Halkın yeni klubu müəyyənləşib
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.05.2026)
Maliyyə09:01
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Futbol08:59
ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir
Energetika08:53
Masato Kanda: Yaxın Şərqdəki hadisələr Asiya-Sakit Okean regionunun bütün sektorlarına təsir göstərib
Maliyyə08:49
Avstraliyada 15 nəfərin öldürüldüyü hücumla bağlı ictimai dinləmələr başlayıb
Digər ölkələr08:30
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
Digər ölkələr08:17