11 ayda Şəki Reabilitasiya Mərkəzində 7600-dən çox şəxsə xidmət göstərilib

Sosial müdafiə
  • 23 dekabr, 2025
  • 15:54
11 ayda Şəki Reabilitasiya Mərkəzində 7600-dən çox şəxsə xidmət göstərilib

Bu ilin 11 ayında Şəki Reabilitasiya Mərkəzində əlilliyi olan daha 7600-dən çox şəxsə müxtəlif xidmətlər göstərilib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şəki Reabilitasiya Mərkəzinə təşkil etdiyi mediaturda bildirilib.

Qeyd olunub ki, 14 çarpayılıq Mərkəzdə əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Cari ilin 11 ayı ərzində müəssisədə əlilliyi olan daha 7600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib.

Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də mühüm işlər aparılır. Postmüharibə dövründə Mərkəzdə 141 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.

Media nümayəndələri Şəki Reabilitasiya Mərkəzində yaradılan şəraitlə, burada göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olublar.

Son xəbərlər

Bütün Xəbər Lenti