​Putin ABŞ-ı Rusiyanın daxili işlərinə müdaxilə etməməyə çağırıb

Siyasət
  • 20 noyabr, 2014
  • 04:13
​Putin ABŞ-ı Rusiyanın daxili işlərinə müdaxilə etməməyə çağırıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ötən gün ABŞ səfiri Con Tefft daxil olmaqla 15 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, V.Putin səfirlər qarşısında çıxışı zamanı Birləşmiş Ştatlara bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında əməkdaşlıq təklif edib.

"Biz amerikalı tərəfdaşlarımızla ən müxtəlif istiqamətlərdə bir-birinin maraqlarına hörmət, hüquq bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında əməli qarşılıqlı fəaliyyətə hazırıq", - deyə Putin bildirib.