"Xarıbülbül" çilçırağının təqdimat mərasimi keçirilib

Sərgilər
  • 23 oktyabr, 2025
  • 13:49
Xarıbülbül çilçırağının təqdimat mərasimi keçirilib

"Museum Furniture showroom"da "Xarıbülbül" çilçırağının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın mədəni irsini, milli dəyərlərini bir araya gətirən bu layihənin fərqli formatda təqdimatı baş tutub.

Təqdimat mərasimində milli musiqi alətləri, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib. Tədbirdə vurğulanıb ki, "Xarıbülbül" Azərbaycanın simvoluna çevrilib.

"Museum Furniture"nin müəllifi olduğu və ərsəyə gətirdiyi bu layihədə məhz bunu da nəzərə alıb. Qeyd edilib ki, əgər "Xarıbülbül" simvolu Azərbaycan torpaqlarınım işğalı dövründə itkini ifadə edirdisə, bu gün o, dirçəliş və qələbə rəmzidir. "Xarıbülbül" sadəcə bir dizayn deyil, bu, Azərbaycan xalqına, tarixinə və mədəniyyətinə olan ehtiramın ifadəsidir.

Çilçırağın hazırlanması ideyası "Museum Furniture" tərəfindən irəli sürülüb. Layihə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunub və italyan mütəxəssislərlə birgə reallaşdırılıb. Dizayn prosesi İtaliyada – Neapol şəhərində yerləşən "i Borbone" brendi ilə əməkdaşlıq çərçivəsində ilk gündən son ana qədər qeydə alınıb.

"Museum Furniture"nin ideya müəllifi olduğu layihənin icrası zamanı italyan tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş məlumat verilib, bunun nəticəsində Azərbaycan haqqında dərin təəssüratlar formalaşıb. "Xarı Bülbül" çilçırağı layihəsi iki fərqli, lakin ruhca bir-birinə yaxın mədəniyyətin – Azərbaycan və İtaliyanın birliyini əks etdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti