Səməd Bəşirli: "Sənaye parklarımız xüsusi lazımi təsisat institutlarıdır"

Sənaye
  • 14 oktyabr, 2025
  • 11:11
Səməd Bəşirli: Sənaye parklarımız xüsusi lazımi təsisat institutlarıdır
Səməd Bəşirli

Azərbaycanda qurulan sənaye parkları yüksək ixtisaslı mütəxəssislərin, xüsusilə də qeyri-neft-qaz sənayesi üzrə kadrların cəlb olunması üçün xüsusi lazımi təsisat institutları kimi çıxış edir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda forumda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın inkişaf strategiyasında iqtisadiyyatın mürəkkəbliyinin artırılması xüsusi önəm kəsb edir: "İqtisadiyyatları bir birindən fərqləndirən onların mürəkləbliyidir. Mürəkkəblik bir çox bilik və bacarıqları özündə əks etdirən məhsul istehsalının həyata keçirilməsidir".

Nazir müavini əlavə edib, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Sumqayıt Sənaye Parkının tərkibində fəaliyyət göstərən Peşə Təhsil Məktəbində ölkəmizdə fəaliyyət göstərən müəssisələr üçün sənaye ixtisasları üzrə ixtisaslı kadrlar hazırlanır: "Ələt Azad İqtisadi Zonasının da bu sahədə rolunu qeyd etmək istərdim. Bu iqtisadi zona okeana birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycanda müasir istehsal müəssisələrinin qurulması üçün böyük şərait yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti