Ekspert: Sabit məzənnəli manat tekstil istehsalı üçün sabitlik yaradır
- 07 oktyabr, 2025
- 16:17

Azərbaycanda manatın məzənnəsinin sabit olması tekstil istehsalı üçün vacib sayılan, ölkəyə idxal olunan avadanlıqların, materialların və ehtiyat hissələrinin qiymətlərinin proqnozlaşdırılmasında sabitlik yaradır.
"Report" xəbər verir ki, bunu SİAR Araşdırma və Konsaltinq qrupunun partnyoru Əşrəf Hacıyev Bakıda "Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyasının Təşviqi" adlı seminarda bildirib.
Onun sözlərinə görə, eyni zamanda inflyasiya kifayət qədər aşağıdır: "Əvvəlki yüksək qeyri-müəyyənlik dövrlərindən fərqli olaraq xərclər artsa da, enerji xərclərimiz o qədər də çox deyil, tariflərimiz aşağıdır. Bu, tekstil istehsalı üçün nikbin bir üstünlükdür. Ölkədə iqtisadi diverfikasiya siyasəti həyata keçirilir. Hökumət neft-qaz sektorundan asılılığı azaltmaq üçün tekstil sektorunu dəstəkləməyə və münbit şərait yaratmağa çalışır".